Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün Avropa liqasının 5-ci turunda Fransada “Nant” klubu ilə görüşəcək.
KONKRET.az-ın xəbərinə görə, təmsilçimiz ən azı bir xal qazanacağı halda, tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə adlayacaq.
İkinci yerin sahibi kimi növbəti mərhələyə çıxsa, Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutacaq komandalardan biri ilə qarşılaşacaq.
Burada isə Ağdam klubunun rəqibi “Barselona”, “Yuventus”, “Sevilya”, “Atletiko”, “Ayaks” və digər Avropa nəhəngləri ilə üz-üzə gələ bilər.
