“Qarabağ” “Nant”a qarşı: üçüncü qol vuruldu – YENİLƏNİBbackend

"Qarabağ" "Nant"a qarşı: üçüncü qol vuruldu - YENİLƏNİB

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üçüncü qol vurulub.

KONKRET.az-ın məlumatına görə, Qanaqo matçın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqəsində “Nant”ın ikinci qoluna imza atıb: 2-1.

00:15

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda bərabərlik qolu vurulub.

KONKRET.az xəbər verir ki, “Qarabağ” matçın 56-cı dəqiqəsində Ozobiçin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib: 1-1.

23:30

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

KONKRET.az-ın məlumatına görə, meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu “köhlən atlar”ın qapısından keçirib.

23:00

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

KONKRET.az xəbər verir ki, “Bojuar” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*