Qarabağ separatçıları Azərbaycandan dünya ictimaiyyətinə “ŞİKAYƏT ETDİ”backend

Qarabağ separatçıları Azərbaycandan dünya ictimaiyyətinə "ŞİKAYƏT ETDİ"

Qarabağdakı separatçı qurumun qondarma “ombudsmanı” Azərbaycandan dünya ictimaiyyətinə “şikayət edib”.

KONKRET.az xəbər verir ki, bu barədə “ombudsman” Qeqam Stepanyan öz Facebook səhifəsində yazıb.

O, Azərbaycanın mülki təyyarələri vurmaqla bağlı “hədələrinə qarşı dünya ictimaiyyətinin kar və kor olduğunu” bildirib.

“Qarabağ xalqının hüquq və təhlükəsizliyini qoruyacağını vəd edən Azərbaycan 30 ildir ki, Xankəndi hava limanını öz hədələri ilə bağlı saxlayır, Qarabağ xalqını bu ən mühüm imkandan azad hərəkət etmək hüququndan məhrum edir.

2012-ci ildə Xankəndi hava limanı təmirdən sonra istifadəyə verilən zaman Bakı Xankəndiyə uçan mülki təyyarələri vuracaqlarını açıq mətnlə bəyan edib.

2020-ci il müharibəsi zamanı şahidi olduğumuz mülki infrastrukturun məqsədyönlü şəkildə atəşə tutulması halları Azərbaycan rəhbərliyinin mülki aviasiyaların məhv edilməsinə qədər istənilən hərbi cinayətlərə əl atmağa hazır və qadir olduğunun əyani göstəricisi idi.

Xankəndi hava limanı 1974-cü ildə Qarabağ əhalisinin Ermənistanla hava əlaqəsi imkanı yaratmaq üçün çoxsaylı tələblərindən sonra tikilib. Xankəndi-İrəvan və Xankəndi-Bakı və geri reyslər var idi.

Müxtəlif mənbələr şəhadət verir ki, Qarabağ hərəkatı ilə paralel olaraq Azərbaycan hava limanının bağlanması üçün tədbirlər görməyə başlayıb. Bu, qonşu İvanyan (Xocalı) icmasında genişmiqyaslı tikinti vasitəsilə həyata keçirilib. Hava limanının fəaliyyətinə mane olmaq və nəhayət, onu dayandırmaq üçün uçuş-enmə zolağının düz yanında yaşayış binaları tikilib.

Xankəndi hava limanından mülki nəqliyyat 1992-ci ildən Azərbaycanın Qarabağ xalqına qarşı başlatdığı müharibə ilə əlaqədar dayandırılıb.

Dünyada hər gün 100 minə yaxın mülki uçuş həyata keçirilir, insanlar bir yerdən başqa yerə daşınır. Lakin bu təyyarələrin heç biri Xankəndiyə uçmur.

İnsan hüquqlarının müdafiəsində maraqlı olan bütün strukturlardan və şəxslərdən Azərbaycanın bu hərəkətinə qarşı çıxmaq üçün cəsarət gözləyirik”, – Stepanyan çərənləyib.

P.S. Bu sərsəmləni ancaq öz gözündə tiri görməyən, 30 il yüz minlərlə insanı doğma el-obasından, evindən didərgin salan, etnik təmizləmə aparan, məscidlərdə donuz saxlayan, Xocalı qətliamını və bu kimi başqa qətllər törədən, şəhərləri, kəndləri vəhşicəsinə dağıdan və sair sayı-hesabı bilinməyən insanlıqdan kənar nə varsa, azərbaycanlıların üzərində “eksperiment” aparan bir “xalq”ın nümayəndələri deyə bilər. 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*