Qarabağ separatçıları Zəngəzur ermənilərinin Xankəndiyə köçməsindən NARAHATDIRbackend

Qarabağ separatçıları Zəngəzur ermənilərinin Xankəndiyə köçməsindən NARAHATDIR

“Biz qorxuruq ki, Zəngəzur təhvil veriləndə, ermənilər Xankəndiyə qaçsın”.

KONKRET.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyana Qarabağ separatçıları yazıb.

“Vaxt keçdikcə, qeyri-müəyyənlik bizə əzab verir. Ən çox Ermənistan bizi narahat edir.

Qəlbimizdə gizli ümid edirdik ki, yeri gələndə Ermənistan xalqı bizi dəstəkləyəcək. Amma gördüklərimiz hamımızı məyus edir.

Zəngəzurun səssizcə təslim olması bizi sıxır, ümidsizləşdirir.

Hörmətli Hasmik, görmürsünüz ki, Zəngəzur təhvil verilir? Yoxsa özünüzü elə göstərirsiniz ki, görmürsünüz?

Biz qorxuruq ki, Teğ kəndinin sakinləri buna görə Qarabağa qaçsın.

Xankəndidə yerli kəndlilərin məskunlaşdığı “Tqtsı məhəlləsi” var. Ola bilsin ki, məhəllənin sakinləri onlar Ermənistandan Qarabağa gəlməsinlər deyə, yolu bağlayıblar”, – deyə Qarabağ ermənisi bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*