“Qarabağ”a arzuolunmaz rəqib düşdü – “Ayaks”…backend

“Qarabağ”a arzuolunmaz rəqib düşdü – “Ayaks”…

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL – “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq. “Qarabağ” APOEL-i keçsə, pley-offdakı il oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) /PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*