Qarabağda Azərbaycanla danışıqlar aparan şəxs vəzifəsindən AZAD EDİLDİbackend

Qarabağda Azərbaycanla danışıqlar aparan şəxs vəzifəsindən AZAD EDİLDİ

Qarabağda Rusiya sülhməramlıları ilə əməkdaşlıq mərkəzinin rəhbəri vəzifəsindən azad edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Qarabağdakı Rusiya sülhməramlıları ilə əməkdaşlıq mərkəzinin rəhbəri, azərbaycanlılarla danışıqlar qrupunda iştirak edən Sergey Martirosyan ötən gün tutduğu vəzifəsindən kənarlaşdırılıb.

“Bəzi məlumatlara görə, onun işdən çıxarılmasına səbəb “dövlət naziri” Qurgen Nersisyanla fikir ayrılığıdır. Nersisyanın ondan şikayətləri var və onlar onu Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsinə endirmək qərarına gəliblər.

Martirosyanı vəzifədən uzaqlaşdırmaqla faktiki olaraq onu Rusiya sülhməramlıları ilə rəsmi əlaqədən və proseslərdə iştirak etmək imkanından məhrum etdilər”, – media yazıb.

Qeyd edək ki, Sergey Martirosyan Vitali Balasanyanın “nazirlər şurası”nın “katibi” işlədiyi dövrdə eyniadlı “şöbə”yə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə həmişə Vitonun yanında olub. Balasanyan “iş”dən çıxarıldıqdan sonra bu “idarə” ləğv olunub.

Bundan başqa, o, Rusiya sülhməramlılarının keçmiş rəhbəri general Muradovla sıx əlaqədədir, Onlar Rusiya ordusunda birgə xidmət ediblər.

Martirosyanın oğlu 44 günlük müharibədə itkin düşənlər arasındadır. Muradov və Martirosyan Rusiya sülhməramlıları ilə aparılan axtarış əməliyyatlarında fəal iştirak edib və beləliklə, onların münasibətləri daha da yaxınlaşıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*