“Qarabağda baş verən hər bir insident daha böyük eskalasiya üçün yeni yol açır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
“Bu gün Azərbaycan yenidən Xankəndi-Turşsu torpaq yolunun qoşunların təmas xəttində mövqe irəliləyişi etməyə cəhd edib, Məlumata görə, bunun qarşısı alınıb.
İki gündür ki, azərbaycanlılar Xankəndidən Şuşaya gedən və digər ətraf ərazilərdə fəal iş aparırlar.
Maraqlıdır ki, Azərbaycan tərəfi belə ərazilərdə 5 kilometrlik dəhliz məntiqinə uyğun mövqe infrastrukturları yaradır.
Problem ondadır ki, istənilən insident, hücum daha böyük eskalasiya üçün yeni yol açır”, – deyə Abramyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az