Martın 21-də saat 14:00 radələrində Rusiya hərbçiləri ordumuzun nəzarətində olan ərazilərdə itkin düşmüş erməni əsgəri ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayıb.
KONKRET.az Caliber-ə istinadla xəbər verir ki, Azərbaycan tərəfi erməni əsgərinin tapılmadığını bildirib və bu istiqamətdə yerləşən postlara atəş açmamaq barədə dərhal əmr verilib.
Əldə edilən məlumata görə, Qaragöl istiqamətində hərəkət edən Rusiyanın UAZ “Patriot”u erməni mövqeləri yaxınlığında atəşə tutulub. Həmin zaman isə Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən postlarına atəş açmamaq barədə artıq əmr verilmişdi.
Müvafiq məlumat Rusiya hərbi komandanlığının diqqətinə də çatdırılıb. Rusiya tərəfi hərbçilərinin güllə yarası almadığını, yalnız şüşə kəsikləri olduğunu bildirib.
Gorus administrasiyasının mətbuat xidmətinin açıqlamaları da bu məlumatları təsdiqləyib.
