Qarabağda yaşayan ruslar Putinə MƏKTUB ÜNVANLADIbackend

Qarabağda yaşayan ruslar Putinə MƏKTUB ÜNVANLADI

İlk dəfə olaraq Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşlarının görüşü keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə REGNUM məlumat yayıb. İclasda ruslar arasından fəallar və İcma Şurasının üzvləri iştirak ediblər.

Rusiya vətəndaşları bildiriblər ki, rus icmasının həyatında və Qarabağın gələcək taleyində öz iştiraklarını gücləndirəcəklər.

İclasın yekunu olaraq Qarabağda yaşayan ruslar adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə açıq məktubla müraciət edilməsi qərara alınıb.

İclasda Qarabağda yaşayan ruslara pulsuz hüquqi xidmət göstərmək üçün Hüquq Mərkəzinin yaradılması təsdiq edilib.

Rusiya Federasiyası vətəndaşlarının görüşləri ən azı ayda bir dəfə müntəzəm olacaq. İclas iştirakçıları bildiriblər ki, onların təhlükəsizliyini Rusiya sülhməramlı kontingenti təmin edir.

Rusların bir hissəsi üçün Qarabağ torpağını ata-baba mirası hesab edir. Bəziləri isə Sumqayıt və Bakıdakı məlum “hadisələr”dən sonra bura köçüb.

Assambleyada iştirak edənlər arasında 1991-ci ildə keçirilən referendumda “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinə səs verənlər də olub.

İkinci Qarabağ müharibəsindən sonra Rusiya Federasiyası vətəndaşları arasında evlərini və bütün əmlakını itirmiş qaçqınlar da var.

Rusiya Federasiyasının vətəndaşları arasından demək olar ki, bütün qaçqınlar müharibədən sonrakı maliyyə ödənişləri və kompensasiyalar alıblar, lakin mənzillə təmin edilməsi məsələsi hələ də gündəmdədir.

Rusların təhsil və mədəniyyət sahəsindəki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş Rus Mədəniyyəti Evinin yenidən qurulmasına xüsusi diqqət yetiriləcəkdir.

Rusiya Federasiyası vətəndaşları üçün qarşıdan gələn ilin mədəni həyatında əsas hadisələrdən biri digər təhsil və mədəniyyət müəssisələri ilə birlikdə Rusiya Mədəniyyəti Evində yerləşəcək Xankəndi Rus Dram Teatrının təməlinin qoyulması oldu. .

Müharibədən sonrakı iki il ərzində rus icması Rusiya sülhməramlı kontingenti ilə birlikdə Qarabağda bir sıra mədəni-maarif tədbirləri keçirib.

Rusiya Federasiyası vətəndaşları Qarabağdakı hərbi qulluqçularla birlikdə Qarabağ torpağında rus pravoslavlığının dirçəldilməsi prosesində bundan sonra da fəal iştirak edəcəklər.

Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyası ilə birlikdə görüşlər, kilsə və monastırlara səfərlər müntəzəm olaraq davam etdiriləcək.

İcma üzvləri arasında ruslarla yanaşı belaruslar da var.

Xuraman Etibarlı,

KONKRET.az

  • Firangiz Ali
    Oktyabr 24, 2022 - 13:01

    Bu nə deməkdir? rus vətəndaşları Qarabağdan necə ev tələb edə bilər ki? rus vətəndaşısan get rusiyadan ev tələb elə. Onda biz Azərbaycan vətəndaşları da rusiyadan ev tələb edək də! rus əsgərləri Qarabağdan çıxmayınca belə oyunlar çox olacaq. Rədd olunlar Qarabağımızdan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*