Qarabağdakı qondarma qurumun yeni “dövlət naziri” izahat üçün “parlament”ə çağırıldıbackend

Qarabağdakı qondarma qurumun yeni "dövlət naziri" izahat üçün "parlament"ə çağırıldı

Qarabağdakı qondarma qurumun yeni “dövlət naziri” açıqlama vermək üçün “parlament”ə çağırılıb. 

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, martın 8-də qondarma qurumun bütün “parlament” “fraksiyaları” “dövlət nazir”i Qurgen Nersisyanı “bəyanat”larına izahat vermək üçün dəvət ediblər.

Qurgen Nersisyan deyib: “Mənim heç bir fikrim yoxdur ki, İrəvan və Stepanakertin (Xankəndi – red.) mövqeləri arasında fikir ayrılıqları ola bilər. Əksinə, İrəvan  daha çox Qarabağ “hakimiyyət”inin və xalqının mövqeyinə və rəyinə əsaslanır. Bu da onların eyni məqsədlərinin olduğunu tam əks etdirir”.

Daha sonra Nersisyan fikrini redaktə edərək bildirib ki, onun ifadəsi “təhrif edilib və ya onu belə təqdim etməyə cəhd edilib”.

Lakin “deputatlar” onunla üzbəüz söhbət etmək istəyiblər ki, o, niyə belə bir fikir səsləndirib. Erməni hüquqşünaslar hesab edirlər ki, Nersisyanın “bəyanat”ları Qarabağ məsələsi ilə bağlı qoyulan “qırmızı xətlərə” ziddir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*