“Qarabağı Donetsk, Luqansk və Kosovo ilə müqayisə etmək olmaz”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Twitter mikrobloqunda yazıb.
“Qarabağ bütün siyasi və hüquqi tarixi ilə nə Donetsk, nə Luqansk, nə də Kosovo ilə müqayisə edilə bilər. Çünki o, muxtariyyət statusuna malik olub. Son 30 ildə özünü müstəqil elan edən tanınmamış “dövlət”dir.
Üstəlik, Qarabağ münaqişəsi SSRİ-nin dağılmasından əvvəl başlayıb, digər münaqişələr SSRİ-nin dağılmasından sonra yaranıb.
Ona görə də Qarabağ probleminin həlli yollarının axtarışında beynəlxalq ictimaiyyət bütün tarixi siyasi və hüquqi zəminləri nəzərə almalıdır. Əks halda istənilən həll problemin daha da dərinləşməsinə səbəb olacaq”, – deyə Marukyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Erməni ağıllanmır ki ağıllanmır