Qardaş ölkədə terror oldu, ölənlər varbackend

Qardaş ölkədə terror oldu, ölənlər var

Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

KONKRET.az “Dawn”a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidmətinin məlumatına görə, blokposta hücum cümə günü səhər saatlarında baş verib. Hücumu “Təhrik-i-Taliban Pakistan” (TTP) kimi də tanınan “Fitnə əl-Xəvaric” qruplaşmasının yaraqlıları həyata keçirib.

“Hücum edənlər blokpostun müdafiəsini yarmağa cəhd ediblər, lakin onların niyyətləri boşa çıxıb. Partlayış nəticəsində infrastruktura ciddi ziyan dəyib. Nəticədə 12 hərbçi, 2 polis və 1 dövlət qulluqçusu da daxil olmaqla 15 nəfər həlak olub”, – bəyanatda qeyd edilir.

Döyüş zamanı 12 yaraqlı öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*