Qax sakini bədbəxt hadisə nəticəsində ÖLDÜbackend

Qax sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*