Qorki Avtomobil Zavodu (QAZ) “Volqa-21” və “Çayka” ticarət nişanlarının qeydiyyatı üçün “Rospatent”ə ərizə verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, əmtəə nişanları malların və xidmətlərin Beynəlxalq Təsnifatına (ICGS) uyğun olaraq qeydiyyata alınır və bu, atributların istehsalı üçün brendlərdən istifadə etməyə imkan verir.
“Moskva” agentliyinin materialında QAZ-ın brendin qeydiyyatı üçün hansı məqsədlə müraciət etdiyi göstərilmir.
Qeyd edək ki, iyun ayında Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov əvvəllər QAZ-da istehsal olunan Volqa və Pobeda avtomobil markalarını yenidən istehsal etmək planlarını açıqlamışdı. Lakin o, sovet avtomobillərinin kütləvi istehsalının bərpasının dəqiq vaxtını açıqlamayıb.
İqbal Rzayev,
KONKRET.az
