
Qazaxıstan parlamentinin aşağı palatasının Amanat partiyasından olan deputatları Asxat Aymaqambetov və Janarbek Aşimjanov “KİV haqqında” qanun layihəsinə mediaya LGBT nümayəndələri haqqında yazmağı qadağan edən düzəliş təklif ediblər.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, qanun layihəsinin 22-ci maddəsində “qeyri-ənənəvi cinsi oriyentasiya” sözləri ilə media məhsullarının buraxılışının dayandırılmasının əsasları göstərilir.
Təkliflər işçi qrupunun müzakirəsinə verilib.
Qeyd edək ki, Qazaxıstanda eynicinslilərin nikahı qadağandır. Lakin LGBT təbliğatına qanuni qadağa yoxdur. 2023-cü ilin aprelində parlamet üzvü Ardak Nazarov tərəfindən gənclərin təhsilinə təcili diqqət yetirilməsinə çağırış təklif edilib.
