Qazaxıstanın Akmola vilayətinin Bastau kəndində 30 at çayın kənarında donaraq ölüb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 15-də baş verib.
Belə ki, Esil çayı boyunca su basmış çəmənlikdə gəzən atlar buzdan çıxa bilməyib.
Məlumata görə, xilasedicilər qayıqla buzu yarıb və 100-ə yaxın atı donmaqdan xilas ediblər.
Bununla belə, 30 at soyuqdan donaraq ölüb.
İqbal Rzayev,
KONKRET.az
