Qazaxıstanda ETİRAZ: Dəmir yolunu özəlləşdirən sahibkar relsləri SATDIbackend

Qazaxıstanda ETİRAZ: Dəmir yolunu özəlləşdirən sahibkar relsləri SATDI

Qazaxıstanın Türküstan vilayətinin Kentau şəhərindəki dəmir yolunu özəlləşdirən sahibkar relsləri söküb satmağa başlayıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, dəmir yolları əvvəllər “Aşçısay Polimetal” şirkətinə məxsus olub, lakin borclarına görə hərracda hissə-hissə satılıb.

Belə ki, sahibkarlardan biri iki kilometr yolu və deponu alıb.

O bildirib ki, biznes qurmaq üçün relsləri sökmək niyyətindədir.

Yolların sökülməsi ilə bağlı xəbərlər dəmir yolu ilə məhsul ixrac edən rayon sahibkarlarının hiddətinə səbəb olub.

Kentau Transformator Zavodunun İdarə Heyətinin sədri Bauyrzhan Xudabergenov bildirib ki, dəmir yolu olmadığı halda şirkətin məhsulları xeyli bahalaşacaq, rəqabətə tab gətirməyəcək və istehsal bağlanmalı olacaq.

Şəhər administrasiyası dəmir yolunun satılan hissələrinin dövlət mülkiyyətinə qaytarılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərib. Bu arada yolun digər hissələrinin sahibləri də relsləri sökməyə hazır olduqlarını açıqlayıb.

Qeyd edək ki, bu ilin yanvarında Baş nazir Əlixan Smailovun iştirakı ilə keçirilən iclasda dəmir yolunun özəlləşdirilmiş hissələrinin dövlətə qaytarılması məsələsi müzakirə olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*