Qazaxıstan Müdafiə Nazirliyinin keçmiş rəhbəri 12 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb.
Qazaxıstanda cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası hərbi məhkəmə respublikanın keçmiş müdafiə naziri Murat Bektanov barədə hökm çıxarıb.
Mənkəmə Bektanovu 2022-ci ildə baş verən iğtişaşlar zamanı hərəkətsizliyə görə 12 il müddətinə azadlıqdan məhrum edib.
Xuraman Etibarlı,
KONKRET.az
