Qazi öldü, anası da dözməyib vəfat etdibackend

Qazi öldü, anası da dözməyib vəfat etdi

Vətən müharibəsi qazisi Zamir Osmanov dünyasını dəyişib.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada vəfat edib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan həyatını itirib.

Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*