Qeqamyan Gürcüstanda baş verənlərə sevinən ermənilərə ÇAĞIRIŞ ETDİbackend

Qeqamyan Gürcüstanda baş verənlərə sevinən ermənilərə ÇAĞIRIŞ ETDİ

Varujan Qeqamyan həmvətənlərini Gürcüstanda baş verənlərə sevinməməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan yazıb.

O bildirib ki, Gürcüstanda baş verənlər sevinc və ya ruh yüksəkliyi yaratmamalı, əksinə, dərin narahatlıq doğurmalıdır.

“Gürcüstanda vəziyyət daha da gərginləşərsə və ya pisləşərsə, hakimiyyət dəyişikliyi baş verə bilər. Nəticədə Gürcüstan demək olar ki, qaçılmaz olaraq Rusiyaya qarşı müharibədə yeni cəbhəyə çevriləcək. O zaman Yuxarı Lars çox güman ki, bağlanacaq. Və Ermənistan üçün əsas nəqliyyat arteriyalarından biri olan bu yol bağlansa nə olacaq, məncə izah etməyə ehtiyac yoxdur.

Bundan daha pis ssenariləri müzakirə etmirəm.

Ermənistanda kimlərin və hansı dairələrin gürcü nümayişçiləri həvəslə dəstəklədiyinə də diqqət yetirmək lazımdır. Bu, Ermənistanın Türkiyə və Azərbaycana yeni təslim olmasının tərəfdarı olan eyni adamlardır”, – deyə Qeqamyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*