Serbiya prezidenti Aleksandr Vuçiç Qərbin xüsusi xidmət orqanlarının Moskvada terror aktının hazırlanması ilə bağlı məlumatlara malik olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə “Prva” telekanalının efirində danışıb.
Serbiya liderinin sözlərinə görə, ABŞ və Böyük Britaniyanın Rusiyadakı səfirliklərinin öz vətəndaşlarını Moskvadakı kütləvi tədbirlərə getməməyə çağırması o deməkdir ki, onların kəşfiyyat xidmətləri nəyinsə olacağını bilib.
Serbiya prezidenti Rusiya vətəndaşlarına və rəhbərliyinə səmimi başsağlığı verib, həmçinin terrorçuların ən qısa zamanda ədalət qarşısında cavab verəcəyinə və bunun bir daha təkrar olunmayacağına ümid etdiyini bildirib.
Burhan,
KONKRET.az
