“Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlığı dayandırmır” – Patruşevdən İLGİNC AÇIQLAMAbackend

"Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlığı dayandırmır" – Patruşevdən İLGİNC AÇIQLAMA

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin Kremllə açıq silahlı münaqişəyə hazırlığı dayandırmadığını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Patruşev Qərbin bu niyyətinin artıq rəsmi şəkildə bilindiyini və NATO-nun Madriddə keçirilən sammitində qəbul edilən alyansın doktrinal sənədlərində öz əksini tapdığını dilə gətirib. Onun sözlərinə görə, amerikalılar Çinə qarşı da oxşar addımlar atırlar. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri buna misal ola bilər.

Patruşev qeyd edib ki, Ukraynadakı xüsusi əməliyyatdan Qərb anti-Rusiya kampaniyasına başlamaq üçün bəhanə kimi istifadə edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da vurğulayıb ki, NATO-ya üzv ölkələrin hərbi fəaliyyəti tamamilə anti-Rusiya yönümlü forma alıb.

Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Qərb ölkələrinin “Rusiyanı ləğv etmək” üçün etdiyi bütün cəhdlər əbəsdir və yalnız axmaqlığın nümayişidir.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski bildirib ki, Qərb Rusiyaya qarşı hibrid hərbi kampaniya başlayıb. Onun sözlərinə görə, bu, nüvə gücləri arasında birbaşa münaqişəyə sıçrayışdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*