“Qərbin bölgəyə girməsi ermənilər üçün vəziyyəti çətinləşdirəcək” – Kiviryan backend

"Qərbin bölgəyə girməsi ermənilər üçün vəziyyəti çətinləşdirəcək" - Kiviryan 

“Ermənistan hakimiyyəti Moskvanı məsuliyyət öhdəliyindən azad etmək üçün hər şeyi edib”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək əvəzinə Moskvanın heç bir məsuliyyət daşımaması üçün əlindən gələni edib:

“Niyə Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq etmir? Çünki bu vəziyyət Rusiyaya sərf edir. Moskva bilir ki, Qərbin bölgəyə girməsi ermənilər üçün vəziyyəti daha da çətinləşdirəcək. Onlar anlayırlar ki, ermənilərin sonu pis olacaq. Sonradan Moskva Ermənistanı günahlandıracaq və deyəcək ki, özü Qərbi seçib”, – Kiviryan əlavə edib.

O, bildirib ki, hələlik Ermənistan Rusiya üçün ciddi təhlükə yaratmır:

“Rusiya Ukraynadakı problemlərini həll edən kimi region ölkələri ilə, o cümlədən Gürcüstan və Ermənistanla məşğul olacaq”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*