Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Qərbin ikili standartlarını tənqid edib.
KONKRET.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Bölgədə hər kəsin Fələstin xalqına qarşı baş verən cinayətlərə beynəlxalq ictimaiyyətin reaksiyasını şübhə altına alan qəzəb artır.
Məhəmməd bin Əbdülrəhman əl-Tani İsrailin Qəzza zolağına qarşı “kollektiv cəzalandırma siyasətini” pisləyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərli həmkarı ilə Dohada keçirdiyi birgə mətbuat konfransında qeyd edib ki, İsrailin quru əməliyyatı döyüşləri qırğına çevirəcək.
Onun sözlərinə görə, İsrailin hərəkətlərini dəstəkləyənlər “onun cinayətlərinə ortaqdırlar”.
Ariz Həsənoğlu,
KONKRET.az
