Qəzaya düşən turistlərin vəziyyəti açıqlandıbackend

Qəzaya düşən turistlərin vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, ötən gecə İsmayıllı rayonunda turistləri daşıyan mikroavtobus aşıb.

TƏBİB-dən KONKRET.az-a bildirilib ki, qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib. Onlardan 1-i Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır:

“Pasiyentlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır. Digərlərinin isə müalicəsi Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir”.

Qeyd edək ki, turistlər “Mercedes Vito” markalı avtomobillə Qəbələdən Bakıya qayıdarkən İsmayıllının Tircan kəndi ərazisində qəzaya düşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*