Qəzzada xeyriyyə təşkilatının 7 əməkdaşı öldürüldübackend

Qəzzada xeyriyyə təşkilatının 7 əməkdaşı öldürüldü

ABŞ-nin “World Central Kitchen” (“Dünya Mərkəzi Mətbəxi”) xeyriyyə təşkilatının 7 əməkdaşı İsrailin Qəzza zolağına hava hücumu nəticəsində həlak olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilatın rəhbəri məşhur aşpaz Xose Andres məlumat verib.

Onun sözlərinə görə, ölən yeddi nəfər arasında Avstraliya, Polşa, Böyük Britaniya vətəndaşları, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşı var. Onlarla birlikdə fələstinli sürücü də həlak olub.

“World Central Kitchen” əməkdaşlarının bazar ertəsi dəniz yolu ilə gələn ərzaq yardımlarını sakinlərə çatdırarkən vurulduqları güman olunur. Fələstin Qızıl Aypara Cəmiyyətinin feldşeri bildirib ki, avtomobilin Qəzzanın şimalında sərhədi keçdikdən dərhal sonra İsrail tərəfindən atəşə tutulduğu təxmin edilir.

7 nəfərin cəsədi Qəzzanın Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.

İsrail ordusunun bəyanatında bildirilib ki, bu faciəvi hadisənin təfərrüatlarını araşdırmaq üçün ən yüksək səviyyədə hərtərəfli təhqiqat aparılır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*