Qırğızıstan rus adlarından İMTİNA EDİRbackend

Qırğızıstan rus adlarından İMTİNA EDİR

Qırğızıstan parlamentinin sədri Nurlan Şakiyev paytaxtın bütün rayonlarının adlarının təcili olaraq qırğız dilinə dəyişdirilməsinə çağırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Bişkekdə ölkənin ümumxalq qurultayında çıxışı zamanı bildirib.

“Təcili olaraq Bişkekin bütün rayonlarının adlarının dəyişdirilməsi lazımdır. Qırğızıstanın bəzi yaşayış məntəqələri hələ də başqa dillərdə adlar daşıyır”, – o deyib.

Onun sözlərinə görə, dövlət dilinin inkişafı ilə bağlı planlar hələ tam yerinə yetirilməyib.

Bundan əvvəl analoji təşəbbüslə Qırğızıstan parlamentinin bir neçə digər deputatı da çıxış edib.

Qeyd edək ki, hazırda Bişkekə Leninski, Pervomayski, Oktyabrski və Sverdlovski rayonları daxildir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*