“Qırğızıstanın hər həftə uşaqların güllələndiyi Amerikanın məsləhətinə ehtiyacı yoxdur” – Baysalov – VİDEObackend

"Qırğızıstanın hər həftə uşaqların güllələndiyi Amerikanın məsləhətinə ehtiyacı yoxdur" - Baysalov - VİDEO

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini ABŞ-dan olan beynəlxalq təşkilatın nümayəndəsini sərt şəkildə yerində oturdub.

KONKRET.az xəbər verir ki, bu yaxınlarda amerikalı Erika adlı şəxs Qırğızıstana gəlib və ölkənin çox pis və axmaq vəziyyətdə olduğunu bildirib.

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov həmin amerikalıya tutarlı cavab verib.

Baysalov deyib ki, Qırğızıstanın uşaqların müdafiəsi ilə bağlı mühazirələrə ehtiyacı yoxdur, xüsusən də hər həftə məktəblərdə uşaqların güllələndiyi ölkələrdən.

“Bu yaxınlarda bir amerikalı Erika ölkəyə gəldi, mənim ölkəm haqqında nəsə öyrətməyə çalışdı və burada necə pis və axmaq olduğumuzu söylədi. Qırğızıstanın uşaqları necə qorumaq barədə mühazirələrə ehtiyac yoxdur, xüsusən də məktəblərdə hər həftə uşaqların güllələndiyi ölkələrdən. Niyə öz ölkənizdə demokratiyanın qayğısına qalmırsınız?”, – Edil Baysalov kəskin etiraz edib.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*