“Qış parkı” yaxınlığında yanğın söndürülüb – YENİLƏNİBbackend

"Qış parkı" yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB

Bakının Nəsimi rayonunda “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə baş verən yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb.

***

15:56

Bakı şəhərinin Nəsimi rayonunda “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə yanğın başlayıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*