“Qiyamət təyyarəsi” illər sonra Moskva səmalarında – VİDEO+FOTObackend

Qiyamət təyyarəsi” illər sonra Moskva səmalarında - VİDEO+FOTO

Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı iddiaların müzakirə edildiyi bir vaxtda “Qiyamət təyyarəsi” adlandırılan “Ilyushin Il-80” Moskva səmalarında görünüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşrin yaydığı videoda “Ilyushin Il-80”nin Moskva səmalarında dövrə vurduğu görünür.

Rusiya rəsmiləri təyyarənin Qələbə Günündə Qırmızı Meydanda keçiriləcək paradda uçuşlara qatılacağı üçün təlim məqsədilə havaya qalxdığını bildiriblər.

Sovet dövründən qalma nəhəng təyyarə “Uçan Kreml” kimi tanınır. Təyyarə 2010-cu ildən bəri Hitlerin məğlubiyyəti və İkinci Dünya müharibəsinin başa çatması münasibətilə keçirilən Qələbə Günü mərasimində nümayiş olunmur. Onun yenidən peyda olması Vladimir Putinin Qərbə xəbərdarlıq mesajı vermək istəyi kimi qiymətləndirilir.

Bildirilir ki, “Ilyushin Il-80”nüvə hücumu zamanı ölkəni idarə etmək üçün nəzərdə tutulub. Kremldəki idarəetmə sistemini əvəz edə bilən laynerin yalnız pilot kabinəsinin şüşələrinin olması diqqət çəkir.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*