“Qızıl Meydanda parad zamanı Putinə SUİ-QƏSD OLA BİLƏR” – Belkovskibackend

"Qızıl Meydanda parad zamanı Putinə SUİ-QƏSD OLA BİLƏR" - Belkovski

“Sui-qəsd mümkündür”.

KONKRET.az xəbər verir ki, bunu siyasi məsləhətçi Stanislav Belkovski deyib. O bildirib ki, Qızıl Meydanda parad zamanı Putinə sui-qəsd ola bilər.

“Qızıl Meydan 2022-ci il mayın 9-na kimi tamamilə bağlanıb. Çünki indi Rusiya Federasiyasının bütün güc maşınının prioritet vəzifəsi parad zamanı V.V.Putinin təhlükəsizliyini təmin etməkdir. Əks halda, çoxları dost Misirin eks-prezidenti M.A.Sadatın qəhrəmanlıq taleyini xatırlayırlar”, – deyə Belkovski bildirib.

Qeyd edək ki, Misir Prezidenti Məhəmməd Ənvər Sadat 1981-ci ildə hərbi parad zamanı öldürülüb. Bir qrup sui-qəsdçi prezident tribunasına qumbara ataraq silahla atəş açıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*