“Qızlar mənə vurğundur” – Gənclərdə müşahidə edilən psixi pozuntunun əlamətləri açıqlandıbackend

“Qızlar mənə vurğundur” – Gənclərdə müşahidə edilən psixi pozuntunun əlamətləri açıqlandı

Çində psixi pozğunluğu olan tələbə özünü universitetin ən yaraşıqlı gənci adlandırıb və qızlara qarşı ədəbsiz hərəkətlər etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Jiangsu əyalətində Liu adlı ikinci kurs tələbəsi fevral ayında qəribə davranışları ilə diqqəti cəlb edib. Təhsil ocağının ən cazibədar tələbəsi olduğunu iddia edən gənc bütün tələbələrin ona aşiq olduğunu güman edib. Universitet qızları arasında populyarlığına əmin olan Liu onlara qarşı ədəbsiz hərəktlər etməyə başlayıb. Gənc oğlan qrup yoldaşlarının iradlarına məhəl qoymayıb.

Nəticədə Liu psixi pozğunluğuna görə xəstəxanaya yerləşdirilib. Həkimlər ona erotomaniya diaqnozu qoyublar. Bu diaqnoz qoyulmuş xəstələr hesab edir ki, ətrafdakı əks cins nümayəndələri ona vurğundur və onunla cinsi əlaqəyə can atırlar.

Gəncin davranışında başqa dəyişikliklər də müşahidə edilib: gecələr yatmayıb, dərs zamanı diqqəti yayındırıb, əlindəki vəsaiti qənaət etmədən xərcləyib.

Xəstənin həkimi Lu Zhenjiao vurğulayıb ki, erotomaniya adətən yazda, mart və aprel aylarında özünü daha qabarıq göstərir. Bu psixi pozğunluqdan əziyyət çəkən insanlar yatmır, həyəcanlı olur və cinsi narahatlıq keçirirlər: “Belə xəstələr adətən qəzəbli və aqressiv olur, hətta insanlara hücum da edə bilərlər”.

Həkimin sözlərinə görə, erotomaniyanın yüngül simptomlarını belə hiss edən şəxs mütləq həkimə müraciət etməlidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*