Qlobal istiləşmədə insan amilinin təsiri elə də ciddi deyil – ARAŞDIRMAbackend

Qlobal istiləşmədə insan amilinin təsiri elə də ciddi deyil - ARAŞDIRMA

Hələ 2023-cü ildə alimlər deyirdilər ki, Yer kürəsinin istiləşmə sürəti rekord həddə çatacaq.

KONKRET.az xəbər verir ki, dünyanın hər yerindən 57 alimdən ibarət qrup keçən ilki ölümcül isti dalğasının arxasında nələrin dayandığını araşdırıb.

Alimlər hesab edir ki, daha yüksək istiləşməyə insan amili təsir etməyib. Bu isə o deməkdir ki, dəhşətli istilər ciddi iqlim dəyişikliyindən xəbər vermir.

Keçən il isinmə sürəti əvvəlki onillikdə 0,25 dərəcə selsi ilə müqayisədə 0,26 dərəcə selsi təşkil edib. Lids Universitetinin klimatoloqu, tədqiqat müəllifi Piers Forsterin fikrincə, bu, o qədər də böyük fərq deyil, baxmayaraq ki, bu ilki rəqəmlər rekordun ən yüksək göstəricisidir.

Alimlər qrupu keçən ilin 1850-1900-cü illərin orta göstəricisindən 1,43 dərəcə daha isti olduğunu təsbit edib.

“Earth System Science Data” jurnalında dərc olunan hesabata görə, daha 10 il ərzində qlobal temperatur sənayedən əvvəlki dövrlərdən bəri təxminən 1,19 dərəcə selsiartıb. Hesabatda həmçinin deyilir ki, dünya kömür, neft və təbii qazdan istifadə etməyə davam etdikcə, Yer 4,5 il ərzində elə bir nöqtəyə çatacaq ki, o, artıq beynəlxalq səviyyədə qəbul edilmiş 1,5 dərəcə selsi istiləşmə həddini keçməkdən qaça bilməyəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*