Qobustanda yanacaqdaşıyan avtomobil yandı: Bir nəfər öldü – YENİLƏNİBbackend

Qobustanda yanacaqdaşıyan avtomobil yandı: Bir nəfər öldü - YENİLƏNİB

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir.

Əraziyə dərhal Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.

***

09:01

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobili yanıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*