Qod Nisanov “Olimpiyskiy”in direktorlar şurasını tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə biznesmenin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, “Kiyevskaya Ploşad” inkişaf qrupunun həmtəsisçisi, milyarder Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasının sədri vəzifəsini tərk etmək və sanksiyalara görə bütün layihə idarəetmə orqanlarından çıxmaq qərarına gəlib.
“Kiyevskaya Ploşçad” inkişaf qrupunun həmtəsisçisi Qod Nisanov “Olimpiyski” idman kompleksi ASC-nin direktorlar şurasının sədri vəzifəsini tərk edib. İş adamı stadionun təmiri layihəsinə də rəhbərlik edib.
“8 iyun 2022-ci ildə Qod Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib”, – çərşənbə günü Nisanovun mətbuat xidmətinin yaydığı bəyanata istinadən bildirir.
“Kiyevskaya Ploşad” təşkilatı kompleksi “Alliance” qrupundan 2017-ci ilin qışında alıb. Nisanov “Olimpiyskiy”in təmirinə təxminən 400 milyon dollar ayırıb. İdman meydançası 2019-cu ildə təmirə bağlanıb. İşlərin 2024-cü ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulurdu.
Ötən həftə ABŞ-ın sanksiya tətbiq etdiyi ruslar arasında Nisanovun da olduğu məlum olub.
Ukraynada xüsusi əməliyyat başlayandan sonra ABŞ və Aİ bir çox rusiyalı sahibkarlara məhdudiyyətlər qoyub. Bunun fonunda iş adamları kütləvi şəkildə öz mövqelərini tərk etməyə başlayıblar.
Xuraman Etibarlı,
KONKRET.az
