Türkiyənin Bolu şəhərində qanlı ishalla özünü göstərən, anemiya və kəskin böyrək çatışmazlığı ilə nəticələnən yeni xəstəlik yayılıb.
KONKRET.az xəbər verir ki, içməli sudan qaynaqlanan bəzi xəstələrə müayinələrdən sonra Hemolitik Uremik Sindrom (Hemolytic Uremic Syndrome/HUS) diaqnozu qoyulub.
Yuva kəndi ərazisində içməli sudan xəstələnənlərin sayı 98-ə çatıb.
14-ü reanimasiyada olan 43 xəstənin müalicəsi davam etdirilir. Həmçinin 17 xəstə müxtəlif şəhərlərdəki xəstəxanalara köçürülüb.
Ankaranın müxtəlif xəstəxanalarına köçürülən xəstələrin əksəriyyəti 1,5-15 yaş arası uşaqlardır.
Kənddəki su çənindən götürülmüş nümunələr və çəni təmin edən mənbələrlə bağlı ətraflı araşdırmalar davam etdirilir.
