Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya səfirliyinin Ermənistandakı Amerika bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı narahatlığını şərh edib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Qriqoryan bioloji təhlükəsizlik sahəsində fəaliyyəti əlaqələndirmək üçün Baş nazirin sərəncamı ilə işçi qrupunun yaradıldığını bildirib:
“Ermənistan rusiyalı həmkarlarımızın verdiyi bütün suallara həmişə tam cavab verib. Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının aparat rəhbəri Hayk Petrosyan Moskvada idi. O, idarələrarası komissiyanın iclasında iştirak edib. Orada bütün mövcud məsələlər müzakirə olunub və Ermənistan tərəfi qaldırılan suallara ətraflı cavab verib” – Qriqoryan vurğulayıb.
O əlavə edib ki, bu laboratoriyalar Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərir və müstəsna olaraq ölkənin maraqlarına xidmət edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
