Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, “Qazel” markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir./apa
