Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb.
KONKRET.az-ın məlumatına görə, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.
Xəsarət alanlar – Sumqayıt şəhər sakinləri, sürücü 1980-ci il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və sərnişini 1994-cü il təvəlludlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.”Report”
