Qurbanqulu oğluna təhvil verdiyi hakimiyyəti GERİ QAYTARIRbackend

Qurbanqulu oğluna təhvil verdiyi hakimiyyəti GERİ QAYTARIR

Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədov keçən il oğluna təhvil verdiyi hakimiyyəti geri qaytarmaq niyyətindədir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, pərdə arxasından idarə etmək getdikcə çətinləşir.

Bildirilib ki, oğlu prezident olandan sonra bir çox səlahiyyətləri öz üzərinə götürüb, nüfuzlu qohumlarını təqib etməyə başlayıb. O, atası ilə yox, indi onunla əlaqələr quran xarici tərəfdaşlarla görüşməyə başlayıb. Bundan əlavə, Sərdar Berdiməhəmmədov bir neçə naziri təyin edərək hökuməti yeniləyib.

Nəşr yazıb ki, belə ikili hakimiyyət iyerarxiyada çaşqınlığa gətirib çıxarır: nə cəmiyyət, nə də dövlət aparatı ölkənin əsl rəhbərinin kim olduğunu başa düşmür.

Sabiq prezident bütün bu proseslərdə real gücü bərpa etmək üçün təcili cavab vermək qərarına gəlib. Martın sonunda Türkmənistanda parlament seçkiləri keçirilib ki, bu seçkilərdə məqsəd ölkədə parlamentin birpalatalı olmasıdır.

Qurbanqulu Berdiməhəmmədov rəhbərlik etdiyi parlamentin yuxarı palatasında islahatlara başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*