Pandemiya bitmək üzrə olsa da, Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini hələ açmır. Bu isə həm Azərbaycandan kənara çıxmaq istəyən insanlara, həm də ölkəyə gələn turistlərə müəyyən çətinliklər yaradır. Bir çox insanlar isə hətta quru sərhədlərinin açılmasına əngəl kimi məhz “AZAL”ı görür. Hər bir halda insanlar quru sərhədlərinin niyə açılmadığını öyrənmək istəsə də, aidiyyatı qurumlar bu suala tutarlı cavab vermirlər.
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, təəssüfedici məqam ondan ibarətdir ki, dövlət orqanları bu məsələyə münasibət bildirmir: “AZAL-ın ölkənin bütün quru sərhədlərini qapalı saxlayacaq qədər böyük səlahiyyətlərə malik bir qurum olduğunu düşünmürəm. Digər tərəfdən də AZAL hazırda əvvəlki kimi təkcə Cahangir Əsgərovun nəzarətində deyil. Ona görə də, AZAL-ın bu məsələdə əngəl olacağını demək çətindir”.
Ekspertin fikrincə Azərbaycanın səhiyyə sahəsinin rəhbərlərinin müəyyən pessimist gözləntiləri var: “Onlar belə məsləhət görüblər ki, vəziyyət tam aydınlaşmayana kimi quru sərhədləri açılmasın. Təyyarə ilə ölkəyə giriş-çıxışın olması haqda sual yarana bilər. Aydındır ki, təyyarə ilə çox adam gedib-gəlmir. Başqa cür əsaslandırmaq olmur. Hesab edirəm ki, müəyyən bir qorxu var”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Sərhədlər açılsa işçi qüvvəsi (usta və fəhlələr) respublikadan kənarda işləyəcək və yaxşı gəlir götürəcəklər. Ancaq belə ayı 300- 400 narahat işləyirlər da!
Kim nə deyir desin, azal baş roldadir, ola bilər, tək yemir, arxasında duranlar var, və dövlət üçün isə bunlar xırda məsələlər olduğu üçün marağlı deyil.
Avropa bizi qısqanır 😂
Nazirlər kabinetinin iclasında həllini tapmayan mövzudu nəbilim kimlərin maraqı var bilmirəm ama çox ədalətsiz qərardı
Neye lazim Azal mazal ondansa kamazal sur qobustana kubikivi sat
Burda bir dene tutarli cavab var. o da, Azerbaycana muharibe ve yaxud bawqa sebeblerden rusiyada iwlemeyin serf etmeditiyini anlayan cox sayli vetendaw qayidacaq.ve onda iw telebi olkede onsuzda urek acan olmayan iqtisadi ve social veziyyeti daha da agirlawdiracaq.