Qusarda azyaşlı yanıq xəsarətləri alıb.
KONKRET.az-ın məlumatına görə, hadisə Məlikov küçəsində qeydə alınıb.
Belə ki, yerli sakin, 2016-cı il təvəllüdlü Babazadə Səma Natiq qızı oynayarkən həmyaşıdı onu məişət tullantılarının yandırıldığı tonqalın üstunə yıxıb.
Yanıq xəsarətləri alan azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
