Rafael Fiziyevin ABŞ təmsilçisi Geyci ilə döyüşü gözlənilirbackend

Rafael Fiziyevin ABŞ təmsilçisi Geyci ilə döyüşü gözlənilir

Qarışıq döyüş sənəti (MMA) üzrə turnirlərdə Azərbaycanı təmsil edən Rafael Fiziyevin ABŞ təmsilçisi Castin Geyci ilə mümkün döyüşünün vaxtı açıqlanıb.

KONKRET.az xəbər verir ki, görüş bu il dekabrın 10-da Las-Veqasdakı “UFC-282” turnirində baş tuta bilər.

Döyüşçülərin özləri hələlik bununla bağlı heç bir açıqlama verməyiblər.

Hazırda Castin Geyci və Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsi üzrə reytinqində müvafiq olaraq üçüncü və yeddinci yerləri bölüşürlər.

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyosu məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*