Ramzan Kadırovun yalanı üzə çıxdıbackend

Ramzan Kadırovun yalanı üzə çıxdı

Çeçenistan lideri Ramzan Kadırovun yalanı üzə çıxıb.

KONKRET.az xəbər verir ki, Kadırov “Tik-Tok”da bu dəfə Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Ancaq sözügedən qəsəbə separatçılar tərəfindən 8 ildir ki, tutulub.

“Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. General-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin koordinasiyalı hərəkətləri sayəsində quldurların azğınlaşdığı daha bir ərazini mütləq nəzarətə götürmək mümkün olub”, – Kadırov yazıb.

O, “təmizləmə əməliyyatı”nın aparıldığını, daha sonra isə “humanitar tədbirlər” görüləcəyini bildirib.

Qeyd edək ki, 2014-cü ildən Svetliçnoye kəndi “LNR” yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*