Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər.
KONKRET.az verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması müzakirə olunur:
“Hələlik bu barədə qərar yoxdur, amma bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər qaydalara əməl olunmaması nəticəsində yoluxma sayı artarsa, bu yumşalmalar təxirə salına bilər”.
