“Real Madrid” Arda Gülərlə bağlı qərar verdibackend

“Real Madrid” Arda Gülərlə bağlı qərar verdi

İspaniya nəhəngi “Real Madrid” türkiyəli gənc ulduzu Arda Güler ilə uzunmüddətli yeni müqavilə bağlamağa hazırlaşır.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, “Kral klubu” 21 yaşlı yarımmüdafiəçi ilə 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulan 6 illik yeni sözləşmə üzrə prinsiplərdə tam razılıq əldə edib. Yeni müqavilənin bu mövsümün əvvəlindən etibarən qüvvədə olacağı gözlənilir.

Gənc futbolçunun komandada artan rolu, göstərdiyi uğurlu performans və nümayiş etdirdiyi inkişaf rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. Anlaşmaya əsasən, Arda Gülerin illik əməkhaqqında da ciddi artım olacaq.

Qeyd edək ki, 2023-cü ilin yayında “Fənərbaxça”dan transfer edilən Arda Gülerin əvvəlki müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulmuşdu. İspaniya klubu bu gedişlə gənc ulduzun gələcəyini ən azı 2032-ci ilə qədər özündə zəmanət altına almış olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*