“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dəmir yolunun tikintisinə və bərpasına başlamağa çox yaxındır. Bu da regionun blokdan çıxarılması deməkdir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib:
“Bildiyiniz kimi, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” QSC-nin baş direktoru Oleq Belozerov İrəvana işgüzar səfərə gəlib. Onlar baş nazirin müavini Mher Qriqoryanla görüşüb. Mən qeyd etmək istəyirəm ki, biz kommunikasiyaların blokdan çıxarılmasına çox yaxınıq. Dünənki iclas Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub” – deyə Paşinyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
