Rəisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə müzakirə APARDIbackend

Rəisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə müzakirə APARDI

İran Prezidenti Seyid İbrahim Rəisi Ər-Riyada səfəri çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salman Əl Səudla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Tərəflər Qəzza zolağında baş verənləri və hərbi gərginliyin artmasını müzakirə ediblər.

Qeyd edək ki, Rəisi İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı fövqəladə sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdədir.

Bu, ölkələr arasında münasibətlərin bərpasından sonra İran Prezidentinin ilk səfəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*