Ukraynanın “Bukovina” komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.
KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, tərəflər mövsümün sonunda əməkdaşlığın müddətini daha bir il uzada bilərlər. O, yeni komandasında 9 nömrəli formada çıxış edəcək.
Oyunçu ötən mövsümü Polşa Ekstraklasasında mübarizə aparan “Motor”un heyətində keçirib.
Qeyd edək ki, 2017-ci ildən Azərbaycan yığmasının formasını geyinən Renat Dadaşov bu müddət ərzində 45 oyunda 7 qolla yadda qalıb. O, daha əvvəl Almaniyanın U-16 və U-17 yığmalarında da çıxış edib.
