Rəsmi Ankara: “Aralıq dənizində kəşfiyyat-qazma işləri davam etdiriləcək”backend

Rəsmi Ankara: “Aralıq dənizində kəşfiyyat-qazma işləri davam etdiriləcək”

Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışına dair kəşfiyyat-qazma işləri ilə bağlı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının qərarları rəsmi Ankara üçün heç bir əhəmiyyət daşımır. Türkiyə bölgədəki fəaliyyətini davam etdirəcək.

Türkiyə tərəfi Aİ-nin Xarici Əlaqələr Şurasının mövzu ilə bağlı qərarına kəskin şəkildə etirazını bildirib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Kipr adasının türk icması adanın bütün sərvətləri və imkanlarından bərabər pay almaq hüququna malikdir. Məlumatda Kipr adasına dair tarixi proseslər, eləcə də mövcud siyasi vəziyyət barədə ətraflı məlumat verilir və diqqətə çatdırılır ki, Türkiyə həm özünün, həm də Şimali Kiprin hüquqlarını indiyədək olduğu kimi, bundan sonra da qorumaqda davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*